SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda daha bir məktəbli intihara cəhd edib.

BAKU.W
xəbər verir ki, A.Müzəffərov adına Saray qəsəbə 2№-li tam orta məktəbin IX sinif şagirdi Əfruz Soltanova çox sayda dərman içib.

O, dərhal Sumqayıt şəhər Mərkəzi Xəstəxanaya yerləşdirilib. Daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) gətirilib.

Məktəbdən BAKU.WS-ə verilən məlumata görə, intihara cəhdin məktəblə heç bir əlaqəsi yoxdur. Hadisə ailə münaqişəsi zəminində baş verib.  Əfruz əmisi ilə mübahisədən sonra bu addımı atıb.

15 yaşlı Əfruzun anası atıb gedib, atası da vəfat edib. O, bundan əvvəl Qubada Uşaq Evində qalıb. Bir müddətdən sonra əmisi oradan götürüb öz evinə gətirib.

Bütün sinif yoldaşları, müəllimlər də onun əmisi ilə probleminin olduğunu bilirmiş. Yəni əmi heç öz ailəsi ilə yola getmirmiş.

Məktəbdən verilən məlumatda bildirildi ki, məktəbin direktoru Balakişiyev Fikrət hadisəni eşidən şagirdini ziyarət edib.

Faktla bağlı araşdırma aparılır. 

Zülfiyyə Qurbanova
BAKU.WS