SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda eks-prezident Robert Köçəryanın azadlığa buraxılmasından sonra ölkədə siyasi gərginlik yüksəlib, baş nazir Nikol Paşinyan “inqilabın ikinci mərhələsi” devizi ilə öz tərəfdarlarını aksiya keçirməyə çağırıb.

BAKU.WS “Shant news”a istinadən xəbər verir ki, Paşinyan tərəfdarları artıq bu gün Yerevanda məhkəmə binalarının qarşısına toplaşaraq girişləri bağlayıblar.

Köçəryanın azadlığa buraxılmasına etiraz edən insanlar “Ədalətli məhkəmə adına!” şüarı ilə Ermənistan Konstitusiya Məhkəməsinin binasını da mühasirəyə alıblar.

Bəzi hakimlərə məhkəmə binasına girməyə imkan verməyiblər. David Balayan adlı hakim binaya pəncərədən daxil olmaq istədikdə Paşinyanın tərəfdarları onu aşağı salıblar.

Hazırda Yerevanda vəziyyət gərgin olaraq qalır.
BAKU.WS
VİDEO