SİZİN REKLAM BURADA!
055 213 76 73


Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci km.-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və bir sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS