Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Rzayevin qardaşı və onun oğlu bir gündə dünyasın dəyişib.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Y. Rzayevin qardaşı oğlu 45 yaşlı Hünər Rzayev üç gün əvvəl gecə saatlarında dünyasın dəyişib.

Hadisədən səhər saatlarında xəbərdar olan Yaşar Rzayevin qardaşı 69 yaşlı Namiq Rzayev ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Yaşar Rzayev 2000-2003-cü ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı  olub.
BAKU.WS


QALEREYA