VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə 1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb.

BAKU.WS xəbər verir ki, Məhbubə Əkbərova ONA-ya baş vermiş hadisənin təfərrüatı barədə məlumat verib.

Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-ci ildən qızının məskunlaşdığı Nərimanov rayonundakı mənzilində yaşayıb.

Bu gün isə A.Əkbərova evi satacağını anasına deyərək onun bu mənzildən qeydiyyatdan çıxmasını tələb edib. Qızı ona bildirib ki, bundan sonra Türkiyədə yaşayacaq. Bundan sonra ana və qızı arasında mübahisə düşüb.

M.Əkbərova iddia edir ki, mübahisə zəmnində qızı onu kibrit vasitəsilə yandırmağa çalışıb.
BAKU.WS
VİDEO