Ötən gün axşam saat 21 radələrində Bakının Xətai rayonunda gənc qız intihara cəhd edib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis bölməsindən Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, Ağcəbədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində yerləşən fərdi yaşayış evində yaşayan 02.04.2001-ci il təvəllüdlü Qəhrəmanova Günel Ədalət qızının yaşadığı evdə dərman həbi qəbul edib zəhərlənərək 1 saylı Şəhər Kliniki xəstəxanasının Toksikologiya şöbəsinə aparılması barədə məlumat daxil olub.

Məlumat əsasında Xətai rayon prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib.

Daha sonra Günel Qəhrəmanova barəsində məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda Qəhrəmanova Günel Ədalət qızının səhhətilə əlaqədar dindirilməsi mümkün deyil, 1 saylı Şəhər Kliniki xəstəxanasının Toksikologiya şöbəsində 1 müalicə alır.

Faktla bağlı araşdırma davam etdirilir.
BAKU.WS