VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub. 

BAKU.WS xəbər verir ki, unikal.org kikboks üzrə dünya çempionu Zaur Yusifovla bağlı maraqlı araşdırma edib.

Məlum olub ki, Zaur Yusifov Dövlət Miqrasiya Xidmətinin zabiti olub.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elnur Kələntərli bildirib ki, Zaur Yusifov 3-cü dərəcəli miqrasiya xidməti qulluğçusu rütbəsini daşıyıb:

“2017-ci ildə onun Dövlət Miqrasiya Xidmətində işinə xitam verilib. Zaur Yusifov ümumilikdə DMX-da 4 il sözügedən vəzifədə çalışıb”. 


Qeyd edək ki, Zaur Yusifov kikboksinq dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi, Əməkdar İdman Ustasıdır.
BAKU.WS