SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə parlamentində terror aktına cəhd olunub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Türkiyə Böyük Millət Məclisində hazırlanan terror aktının qarşısı alınıb.

Verilən məlumata görə, CHP millət vəkili Mahmud Tanalın qəbuluna gəlmək istəyən iki nəfər zorla parlamentə daxil olmağa və qəbul şöbəsindəki əməkdaşı girov götürməyə çalışıblar.

Həmin şəxslər dünən Türkiyə vaxtı ilə saat 15 radələrində parlamentin girişinə gəliblər. Biri qadın, digəri kişi olan həmin şəxslər təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslərin Mulla Zincir ve Eylem Yücel adlı şəxslərin DHKP-C təşkilatı ilə bağlılıqları üzə çıxıb.

Axtarışlar zamanı həmin çəxslərin üstündən qara qutuda hazırlanan partlayıcı maddələrdən hazırlanan bomba və qələmə bağlanmış kəsici alət aşkarlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA