Bakıda tələbələr arasında dava ölümlə nəticələnib.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ