SİZİN REKLAM BURADA!
055 213 76 73


Axşam saat 21:20 radələrində Bakının Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.

Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.
BAKU.WS
VİDEO