SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə bıçaqlanma hadisəsi olub.

BAKU.WS  ONA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzindəki marketlərin birində qeydə alınıb.

Belə ki, 25 yaşlı rayon sakini İbrahimli Suheyla Azər qızı sevdiyi oğlan tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Hadisəyə səbəb kimi qızın oğlana verilməməsi göstərilir.

Cinayəti törədən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS