SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qətl törədən şəxs saxlanılıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, Binəqədi rayonu, İsrafil Həşimov küçəsində kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlunu qətlə yetirmiş Həsən Tağıyev saxlanılıb.

23 yaşlı H.Tağıyev Şərur rayon sakinidir. O, əvvəllər həbsdə olub.

Qeyd edək ki, hadisə zamanı daha bir nəfər 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
BAKU.WS