SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan “Jiquli” markalı avtomobil idarəetməni itirərək mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Allahverdiyeva Səkinə Abas qızı, 1977-ci il təvəllüdlü Məmmədov Elçin Quzu oğlu, 1992-ci il təvəllüdlü Məmmədov Habil Bəhrəm oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində insanlar yola düşüb.

Həmin qəzanın görüntülərini təqdim edirik:
BAKU.WS
VİDEO