BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qaracəmilli avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yaralıların bəziləri Şəmkir rayon Mərkəzi Xəstəxanasına və bəziləri isə Gəncə rayon xəstəxanasına yerləşdirilib.
Qəza zamanı ölənlərin kimliyi müəyyən olub.
1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Güləmmədov, 1945-ci il təvəllüdlü Şücaət Güləmmədov və 2016-cı il təvəllüdlü Ayxan Güləmmədovdur.
Qəzanın səbəbləri araşdırılır.
BAKU.WS
VİDEO
QALEREYA