SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtomobildən 3500 manat olan 4 ədəd gödəkçə oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin həyətində paytaxt sakini Ruslan Həsənova məxsus avtomobilin şüşəsi sındırılıb. Zərərçəkən polislə müraciət eədərk hadisə zamanı maşından ümumi dəyəri 3500 manat olan 4 ədəd gödəkçəsinin oğurlandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 5-ci Polis Bölməsi əməkdaşlarının həyta keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Hacıqabul rayon sakini Şamil Əliyev və Qubadlı rayonunda qeydiyyatda olan Amil Həsənov saxlanılıblar. Onlar ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Qeyd edək ki, oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə,  Binəqədi RPİ müraciət edə bilərlər.
BAKU.WS
QALEREYA