SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Suraxanı rayonunda qanlı cinayət baş verib.

BAKU.WS xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Mirtərxan Hacıağa oğlu Babayev Çaparize küçəsi ev 18-də xalası oğlu 1993-cü il təvəllüdlü Taleh Telman oğlu Babayevlə aralarında mübahisə yaranıb.

Yaranmış münaqişə zəminində bıçaqla sonuncunun qarın nahiyəsinə bir ədəd zərbə vurulub.

Taleh Babayev qarın nahiyəsinə daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Mirtərxan Babayev hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb.
BAKU.WS