SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə 4 yaşlı uşaq ehtiyatsızlıqdan yanıb.

BAKU.WS 
ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "DOST 102" adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, 4 yaşlı Tunar Quliyev içərisində qaynar su olan termosun aşması nəticəsində yanıq xəsarətləri alıb.

Uşaq dərhal xəstəxanaya yerləşdirilib. Azyaşlıya bədənin 45%-nin termiki yanığı diaqnozu qoyulub.

Onun vəziyyətinin hazırda kafi olduğu bildirilir.
BAKU.WS