SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Show news” verilişi bu dəfə may ayının 31-də baş tutacaq ARB TV-nin möhtəşəm konsertə hazırlıq prosesini lentə alıb.

Verilişin aparıcı Dilarə Əliyeva, Nikalayın evini yıxan söz-söhbət daşıyıcları Əhval və Ruhiyyə sevənlərini 31 mayda görüşə səsləyib:

Həsrət Həsrətov (Əhval): “Xəbərləri kimdən neçiyə almışıq, ucuz-baha xəbərlər, şayələr hamısını bizdən eşidəcəksiniz. Gəlin xəbər-alış verişində siz də iştirak edin. Bələ sizdə məndən yaxşı xəbərlər var. Dilarə xanım xəbərlərə yaxşı pul verir, gəlin”.

Gülzar Əşrəfova – (Ruhiyyə): “Gəlin ha, sonra məni ruhiyyənin ağzından qurtara bilərsiz. Hansı müğənnini harda görsəm? biabır edəcəm konsertə gəlməsə. Möhtəşəm olacaq”.

Bir sözlə, uzun müddət yaddaşlarınızda qalacaq möhtəşəm konsert proqramı sizi gözləyir.

Qeyd edək ki, ARB TV-nin Heydər Əliyev adına saraydakı “Söhbət var” konserti mayın 31-i saat 19:00-da başlayacaq. Artıq, çal-çağırlı, sözlü söhbətli, ulduzlarla dolu şounun biletləri də satışdadır. Qiyməti 10 manatdan 60 manatadək olan biletləri isə şəhərin istənilən kassalarından əldə edə bilərsiniz.
BAKU.WS
VİDEO