055 213 76 73
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun ONA-ya verdiyi məlumata görə, qəzada xəsarət alan 3 qadın və 3 kişi 3 № li Şəhər Klinik Xəstəxana yerləşdirilib.
Xəsarət alanlardan 2-nin durumu ağır, 4-nün durumu orta-ağırdır.
***10:40***
Bakıda avtobus qəzası baş verib.
BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda qeydə alınıb.
"İsuzu" markalı xətt avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə girib.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
BAKU.WS
VİDEO