Mayın 3-də Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

BAKU.WS   oxu.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, üç yaşlı Bayramov Tağı Nəbi oğlu İbrahim Dadaşov küçəsi, ev 50 ünvanında yerləşən yaşayış binasının səkkizinci mərtəbəsindən yıxılaraq ölüb.

Uşağın valideynlərinin səhlənkarlığı nəticəsində həlak olduğu güman edilir.

Hazırda faktla bağlı araşdırma aparılır.
BAKU.WS