SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Zabrat qəsəbəsində yerləşən maşınqayırma zavodunda fəhlənin üstünə su çəni aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 17-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən maşınqayırma zavodunda fəhlə işləyən Mingəçevir şəhər sakini Vasif Zülfüqarovun üstünə su çəni aşıb.

Nəticədə xəsarət alan V.Zülfüqarov xəstəxanaya yerləşdirilib.

Ziya Səccad
BAKU.WS