VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq Körpü" gömrük postu hələ də bağlıdır. 

Bu barədə BAKU.WS-ə sərhəddə olan vətəndaşlarımız məlumat verib. Onların sözlərinə görə, artıq 5 saata yaxındır sərhəd keçid məntəqəsi iki tərəfli olaraq bağlanıb. Səhərə qədər də açılacağı ehtimal edilmir. Sərhəddə gözləyən insanların və avtomobillərin sayı isə çoxalır. Artıq sərhədi keçmək üçün gözləyən avtomobillərin yaratdığı tıxacın uzunluğu 1 km-dən çoxdur.

***

Azərbaycanın Gürcüstanla sərhədində yerləşən "Sınıq Körpü" sərhəd keçid məntəqəsində problem yaranıb.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, 3 saatdan çoxdur sərhəd keçid məntəqəsinin fəaliyyəti dayanıb. Yüzlərlə şəxs Gürcüstandan Azərbaycana keçə bilmir.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.
BAKU.WS
VİDEO

QALEREYA