VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Land Cruiser" markalı, 10 MV 984 dövlət nömrə nişanlı avtomobil Gültəkin Şahverən qızı Günəşovanın adına qeydiyyatdadır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Rafiq Gülbala oğlu Günəşovun adına isə etibarnamə verilib.

Hadisəni törədən isə Sənan Yaşar oğlu Kərimov olub. Həmin şəxs artıq saxlanılıb.

Qeyd edək ki, ötən gün Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazimovskiy 56 ünvanda yerləşən binanın həyətində bahalı maşınların “soyqrımı" yaşanıb.

Belə ki, 10 MV 984 dövlət nömrə nişanlı avomobil həyətdə dayanan 12 maşını vurub. Sürücüsü yüksək sürətlə maşını dayancaqda hərəkət etdirir və manevrlər edir. Sürücü artıq saxlanılıb.
BAKU.WS
VİDEO