SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda 2 minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, qəza metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb.

Quliyev Məhəmməd Vahid oğlunun idarə etdiyi 10 XU 890 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobildə olan sərnişin gözlənilmədən qapını açıb. Arxadan gələn Musayev Elvin İsrafil oğlunun idarə etdiyi “Hundai” markalı minik avtomobili “Mercedes”-in qapısına çırpılıb. Nəticədə həmin sərnişin xəsarət alıb.

Hadisədən sonra ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb eidlib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO