SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Dairəvi-1 avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Renault" və "Kamaz" markalı avtomobillərin toqquşması nəticəsində yük maşınının qoşqusu minik avtomobilinin üzərinə aşıb.

Nəticədə "Renault" yararsız hala düşüb, sürücü isə xəsarət alıb. Hazırda qəzaya görə Sumqayıtdan Bakıya gələn istiqamətdə böyük tıxac yaranıb.
BAKU.WS
VİDEO