VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhər Polis Şöbəsi rəisinin xidmət üzrə müavini vəzifəsinə yeni təyinat olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Rövşən Babayev təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl Göyçay RPŞ-də eyni vəzifəni icra edib.
BAKU.WS