VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran şəhərində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Samir Ağayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Samir Ağayev həbs olunana kimi Lənkəran şəhər-rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri olub.

Samir Ağayev 2016-ci ildən başlayaraq Lənkəran sakini, 2002-ci il təvəllüdlü Lamiyə Səmədova ilə cinsi əlaqədə olub. O, Lamiyə ilə bu intim münasibəti 2017-ci ilədək müddətə davam etdirib.

İntim əlaqə və ittiham

İstintaq sənədlərinə görə, Samir Ağayev Lamiyə Səmədova ilə dəfələrlə sonunucunun yaşadığı evdə yataq otağında, müxtəlif vaxtlar da isə özünə məxsus "Vaz-2105" markalı avtomobildə təbii və qeyri təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Samir Ağayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Bizim münasibətləri anası bildi"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samir Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, təxminən 2016-cı ildə Lamiyə ilə tanış olub:

"Bu tanışlıqdan sonra öz istifadəmdə olan mobil telefon nömrəsini ona təqdim etdim. Həmin vaxtdan Lamiyə ilə görüşdük. Sonradan Lamiyənin anası Tamara bizim münasibətlərimizi bildi və bu münasibətə qarşı oldu".

"Mənimlə münasibətini kəsmədi"

Samir Ağayev qeyd edib ki, Lamiyə ona 17 yaşı olduğunu deyib: "Lamiyə ilə tanış olan zaman onun 16 yaşı olması barədə məlumatım olmayıb. Sonradan münasibətimiz barədə Lamiyənin atası Camal da xəbərdar oldu. Bundan sonra aramızda ədavət yarandı. Camal ilə bir neçə dəfə kənddə görüşdük.

Camal Lamiyəni mənə verməyəcəyini dedi. Lakin Lamiyə yenə də mənimlə münasibətini kəsmədi. Mütəmadi olaraq görüşdük və onunla danışdıq".

"Cinsi əlaqədə olmamışam, xəsarət yetirməmişəm"

Samir Ağayev qeyd edib ki, 2017-ci ilin sonlarında nənəsini və əmisini Lamiyənin valideynlərinin evinə elçi göndərib və onların razılığını alıblar: "Bundan sonra da biz mütəmadi olaraq müxtəlif məkanlarda dəfələrlə görüşmüşük.

Lakin Lamiyəni adını bilmədiyim hərbi qulluqçu ilə yazışdığını bildikdən sonra 2018-ci ilin yanvar ayının sonlarında onunla münasibətlərimiz pozuldu.

Lamiyəyə heç vaxt zor tətbiq etməmişəm, onunla cinsi əlaqədə olmamışam. Ona hər hansı bir xəsarət yetirməmişəm".

"Məni istədiyini dedi"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Lamiyə Səmədova bildirib ki, valideynləri ilə birlikdə yaşayır, Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsidir.

Lamiyə Səmədovanın sözlərinə görə, həmyerlisi Samir Ağayev 2016-cı ilin dekabrında ona yaxınlaşıb və onu istədiyini deyib: "Mən öz istəyimlə mobil telefonunumu ona verdim. Biz bir-birimiz ilə əlaqə saxladıq".

"15 yaşım olduğunu bilib"

Lamiyə Səmədova qeyd edib ki, 2017-ci ilin əvvəllərində bu barədə anası Tamara bilib və Samirlə danışmağı ona qadağan edib: "Lakin biz münasibətlərimizi davam etdirdik.

Sonradan atam da bu münasibətdən xəbər tutdu və mənimlə söhbət edərək Samirdən uzaq gəzməyimi tapşırdı. Amma Samirlə yenə münasibət saxladım.

Samir mənim təvəllüdümü və 15 yaşım olduğunu dəqiq bilib, yaşlarımız arasında fərq olması məsələsi dəfələrlə valideynlərim tərəfindən Samirə deyilib".

"Zorla mənimlə cinsi əlaqədə oldu"

Lamiyə Səmədova deyib ki, 2017-ci ilin mayın sonlarında, dəqiq tarixini xatırlamadığı gün Samir onunla görüşüb və həmin gün günorta saatlarında Samir özünə məxsus avtomaşınla onu məktəbdən götürərək Lənkəran rayonu, Girdəni kəndində istifadəyə verilməmiş "İpək yolun" üzərinə aparıb:

"Orada Samir mənimlə təbii yolla zorla cinsi əlaqədə oldu. Aramızda müəyyən narazılıqlar olsa da, lakin bundan sonra da Samirlə münasibətlərimiz davam etdirdik.

Bu ərəfədə Samir bizə iki dəfə elçi göndərdi. Lakin valideynlərim razılıq vermədilər. Sonrakı vaxtlarda aramızdakı münasibətlər korlandı. Baş vermiş münaqişə zamanı Samir məni döydü".

"Evlənəcəyimizi dedi, mənimlə cinsi əlaqədə oldu"

Zərərçəkmişin sözlərinə görə, 14 yanvar 2018-ci il tarixdə axşam vaxtı Samir onlara gəlib: "Bir az söhbət etdikdən sonra Samir mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi.

Razılıq vermədikdə, Samir evlənəcəyimizi dedi, mənimlə cinsi əlaqədə oldu. Valideyinlərimin xəbər tutmasından qorxdum, səs-küy salmadım. Sonradan Samirin məni döyməsinə görə valideynlərimlə Samir arasında münaqişə yarandı.

Onlar Samirin hərəkətlərindən polisə şikayət etdi. Mən də onunla münasibətləri kəsdim".

"Məndən əl çəkmədi"

Lamiyə Səmədova qeyd edib ki, Samir yenə ondan əl çəkməyib, ona mütəmadi hədə-qorxu gəlməkdə davam edib: "Biz də polisə şikayət etdik. Ekspertizaya gedən zaman valideynlərim mənim yanımda olub. Hadisədən uzun müddət keçib, bu səbəbdən çox şeyi xatırlamıram".

Bu cinayət işinə Lənkəran şəhər Məhkəməsində baxılıb. Hakim Mütəllim İsayevin sədrliyi ilə aparılan araşdırma zamanı Samir Ağayevin törətdiyi əməl tam sübuta yetirilib.

2 il həbs

Məhkəmənin hökmü ilə Samir Ağayev 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilib.

Məhkəmə Samir Ağayevin barəsində həbs qətimkan tədbiri seçib. O, məhkəmə iclas zalından dərhal həbs edilib.

Hökmdən narazı qalan Samir Ağayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, şər-böhtana məruz qaldığını qeyd edib. Barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin hökmdən narazı qalan zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Onlar Samir Ağayevə təyin olunan cəzanın həddindən artıq yüngül olmasından narazılıq ediblər. Zərərçəkmiş və onun qanuni nümayəndəsi Samir Ağayevin cəzasının ağırlaşdırılmasını tələb ediblər.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hakim Ələsgər Novruzovun icraatına verilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.
BAKU.WS