SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadın yoxa çıxan ərinin axtarışına başlayıb.

BAKU.WS xəbər verir ki, 1990-cı il təvəllüdlü Aytən Şamil qızı Qurbanzadə Binəqədi rayon Polis idarəsi 6-cı il polis bölməsinə müraciət edib.

O, bildirib ki, həyat yoldaşı, İran vətəndaşı, 1981-ci ildə Təbrizdə anadan olan Qurban Gülmirzə oğlu Qurbanzadə birgə yaşadıqları Biləcəri qəsəbəsi I may küçəsindəki mənzildən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsində araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS