SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəranda çaydan kişi meyidi tapılıb.

BAKU.WS xəbər verir ki, Lənkaran rayonu Boladi kənd sakini 1958-ci il təvəllüdlü Abdulla Qurban oğlu Miriyevin meyiti yaşadığı evin yaxınlığında yerləşən Boladi çayında tapılıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyitə baxış zamanı onun üzərində xəsarət aşkar olunmayıb.

İlkin araşdırma zamanı məlum olub ki, Abdulla Miriyev balıq tutarkən çaya yıxılıb və suda boğulub.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS