SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda xarici vətəndaşı aldadıblar.

Bu barədə BAKU.WS-ə Türkiyə Respublikasının vətəndaşı Abdulhamit Yakşi şikayətində bildirib. Onun sözlərinə görə, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan Bakı şəhər 43 saylı notariat ofisində kirayə müqaviləsi təsdiqlənməsi və bununla bağlı maddi ziyan vurulub.

“Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 7, mənzil 258 ünvanda yerləşən və Xaçmaz rayonu Aşağıoba kəndi ünvanda yerləşən mənzillər 43 saylı notariat kontorunun əməkdaşları Azərbaycan vətəndaşları Kutlu Esmira və Kutlu Cem tərəfindən cinayət yolu ilə saxta müqavilə hazırlamaqla zəbt olunub.

Belə ki, 16.11.2017-ci il tarixli 0651483 saylı və 22.11.2017-ci il tarixli 0662841 saylı alqı-satqı müqavilələri ilə aldığım mənzilləri əsassız boşaltmadıqları üçün tərəfimdən hüquq mühafizə orqanlarına müraciət olunacağı ilə bağlı Kutlu Esmiraya xəbərdarlıq edilib.

Həmin ərəfədə 43 saylı notariat kontorunun əməkdaşları eyni zamanda Azərbaycan vətəndaşları Kutlu Esmira və Kutlu Cem cinayət əlaqəsinə girərək mənzilin Çıxarışı (kupça) təqdim edilmədən mənim adımdan kirayə müqaviləsi bağlayaraq notarial qaydada təsdiq ediblər.


Halbuki, mən Ə.Hüseynov küçəsi, ev 7, mənzil 258 ünvanına aid olan Çıxarışı (kupça) mənim adıma dəyişdirlməsi üçün Kutlu Cemə kirayə vermək səlahiyyəti olmayan etibarnamə vermişəm.

Lakin etibarnamədə belə icazə olmamasına baxmayaraq mənə aid mənzil cinayət yolu ilə Kutlu Cem tərəfindən həyat yoldaşı Kutlu Esmiraya 2022-ci ilədək (hər ikisi eyni ünvanda yaşamaqlarına baxmayaraq) kirayəyə verilib”, - deyə Abdulhamit Yakşi bildirib.

Qeyd edək ki, bundan sonra nümayəndə bu etibarnamə əsasında sözügedən yaşayış sahəsini 5 (beş) il müddətinə arvadı Esmira Kutluya kirayəyə vermiş və müvafiq müqavilə 02.04.2018-ci il tarixdə Bakı şəhər 43 saylı notariat ofisinin xüsusi notariusu Elşən Qurbanov tərəfindən rəsmiləşdirilib.

Bu zaman istifadəyə verilən yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd 
tələb edilməyib.

Nəticədə Abdulhamit Yakşiyə maddi ziyan dəyib:

“Bu cinayət nəticəsində mənə 14000 (on dörd min) manat maddi ziyan dəyib. Doqquz ay ərzində Mən Bakıya gələrkən burada 2 evim olsa da kirayə qalmaq zərurətindən və hüquqi məsləhət almaq məcburiyyətindən bu qədər maddi ziyana düşmüşəm”.

Bundan sonra hüquq-mühafizə orqanlarına və 43 saylı notariat ofisinə müraiət olunub. Cavab isə belə olub:

“Qeyd olunur ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

Göründüyü kimi notarius E.Qurbanov daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlaka dair kirayə müqaviləsini təsdiqləməklə qanunvericiliyin tələblərini pozub.

Göstərilənlərə əsasən, xüsusi notarius Elşən Qurbanova yazılı xəbərdarlıq edilib. İzah edirik ki, müqavilənin ləğvi və maddi zərərin ödənilməsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək hüququnuz var.

Məsələ ilə əlaqədar Elşən Qurbanovla əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında bildirib ki, artıq bununla bağlı məsələyə baxılıb və lazımı cavab verilib:

“Məsələ ilə əlaqədar mənə xəbərdarlqı edilib və Ədliyyə Nazirliyindən da cavab verilib. Abdulhamit Yakşin başqa şikayəti var, məhkəməyə müraciət edə bilər”.
BAKU.WS