VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş məhkum yoldaşılarını öldürməyə cəhddə təqsirli bilinən Məhərrəm Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 29-na təyin olunub. 

Cinayət işində Paşayev İlham Ədil oğlu və İsmayılov Mahir Etibar oğlu zərərçəkmiş qismində tanınıb.

Belə ki, noyabrın 13-də gecə saatlarında Sabunçu qəsəbəsində, əslən Zəngilan rayonundan olan, əvvəllər cinayət məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Paşayev İlham Adil oğlu və eyni maddə ilə əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Bakı sakini İsmayılov Mahir Etibar oğlu naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.

Ekspertlər yoxlama zamanı Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Hadisəni törədən şəxs İsmayılovun boğazını kəsməyə cəhd edib. Hər iki yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

İlkin araşdırma zamanı məlum olub ki, sözügedən şəxslərə əvvəllər məhkum edilmiş Məhərrəm Kazımov adlı şəxs bıçaqla hücum edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs zərərçəkənləri öldürmək məqsədi güdüb.
BAKU.WS