055 213 76 73
BAKU.WS xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.
Xidmətdən bildirilib ki, Xaçmaz rayonunun Bəbəli kəndinin sakini Rəhman Məmmədovun tövləsinə hücum edən canavarlar 15 baş qoyun-quzunu parçalayaraq öldürüb, 15-ni isə yaralayıb.
Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ölmüş heyvanlar sahibkarın vəsaiti hesabına, müəyyən edilmiş ərazidə basdırılıb və ərazi dezinfeksiya edilib.
BAKU.WS