Azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov əməliyyat olunub.

BAKU.WS  news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, aprelin 24-də o, “Erebuni” tibb mərkəzinə aparılıb. Açıq əməliyyat zamanı onun mədəsindən yad cisim götürülüb. 

Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ