SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaxda avtomobil yanıb.

ARB TV xəbər verir ki, Fısdıqlı kəndində 65 yaşlı Məhəmməd Sadıqova məxsus kiçiktutumlu yük avtomobili hərəkətdə olarkən anidən alışıb. Sürücü avtomobilin yandığını görüb və qəza baş verməməsi üçün maşını yol kənarına çəkib.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın tez bir zamanda söndürülsə də, avtomobilin salon və mühərrik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.


BAKU.WS