VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, hadisə 21 apreldə Lənkəran şəhərinin akademik Z.Əliyeva küçəsində baş verib.

Həmin küçədə piyada, 1963-cü il təvəllüdlü Gəncəbanu Mədət qızı Rzayeva yolu keçən zaman şəhərin mərkəzindən avtovağzal istiqamətində hərəkətdə olan naməlum avtomobillə vurulub.

Sürücü qısa müddət hadisə yerində dayanıb və sonra ərazidən qaçıb. 

Gəncəbanu Rzayeva xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə baxış keçirilib. Əraziyə yaxın olan ticarət obyektlərindən videomüşahidə kamerasına baxış keçirilib.

Faktla bağlı Lənkəran polisində araşdırma aparılır.
BAKU.WS