VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanda I kurs tələbəsi intihar edib.

BAKU.WS-in "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Rumiyyə (soyadını dəqiqləşdirə bilmədik) imtahandan kəsildiyi üçün özünü öldürüb. Bu barədə tələbənin yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Hazırda yayılan informasiya Təhsil Nazirliyində araşdırılmağa başlanılıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə bildirib.

"Bu barədə yayılan informasiya yoxlanılır. Həqiqətən də hadisə baş veribmi? Əgər hadisə olubsa, intiharın imtahan səbəbində olması nə qədər doğru olub-olmadığını araşdırmağa başlamışıq. Araşdırmaların nəticəsi mütləq mətbuata açıqlanacaq”. – deyə Cəsarət Valehov bildirib.

Ziya Babayev

BAKU.WS