Ucar rayonunun Qaracallı kəndində 24 yaşlı adın yoxa çıxıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, kənd sakini Şəlalə Adəm qızı Rüstəmova cari il iyulun 31-də evdən xəbərsiz getmiş və bir daha geri qayıtmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 164 sm, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində göy cins şalvar, qara kofta olub.
Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan nazirliyin 102 Xidmətinə, həmçinin (050) 471-00-10 və ya Ucar rayon polis şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

Ziya Səccad
BAKU.WS