VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda 9 yaşlı şagird zorakılığa məruz qalıb.


BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, 158 nömrəli tam orta məktəb şagirdi valideyn zorakılığından əziyyət çəkib.

İlkin araşdırma zamanı məlum olub ki, azyaşlı ötən həftənin cümə günü, aprelin 12-də atası tərəfindən döyülüb. Uşaq 1 saylı Mərkəzi Klinik Xəstəxanasına aparılıb, müayinələrdən keçirilib. Şagirdin bədəninə baxış keçirilən zaman onun hər iki ayağında çoxsaylı göyərmələr aşkarlanıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət olunub.

Uşaq anası ilə birlikdə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

“9 yaşlı oğlandır, atası tərəfindən fiziki zorakılığa məruz qalıb. Xəstəxanada uşağın tibbi ekspertizası aparılıb, müayinələrdən keçirilib. Ondan sonra uşağın və anasının təhlükəsizliyinin təmin olunması məqsədilə bizim sığınacağa yerləşdiriliblər”, - deyə Kəmalə Ağazadə bildirib.

BAKU.WS