VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mətbuatda "Bizim Market” mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanovun bu gecə qəflətən vəfat etməsi haqqında xəbər yayılıb.

BAKU.WS xəbər verir ki, Editor.az xəbəri dəqiqləşdirmək üçün araşdırmalar aparıb. İş adamına yaxın etibarlı mənbələr Rasim Salmanovun vəfatı xəbərini təkzib edərək, onun işinin başında olduğunu bildiriblər.

***14:08***

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib.

BAKU.WS-in AzPolitika.info-ya istinadən məlumatına görə, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, qalmaqllı iş adamı olan Rasim Salmanov “Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, “Zövq İnşaat” tikinti şirkətinin, “Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, “Bakı”, “San Remo” və “Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən “Audi Bakı Mərkəzi”nin, “Cadillac Bakı Mərkəzi”nin və “Kilim mebel” salonunun sahibi idi.

BAKU.WS