Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.


BAKU.WS xəbər verir ki, rayonun Kəpənəkçi kənd sakini Ramil Nəsrəddin oğlu Mehdiyev idarə etdiyi “VAZ-21011” markalı, 62 BM 933 dövlət qeydiyyat nişanlı avtomobillə qəzaya uğrayıb. Hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəticədə maşın yolun kənarında olan ağaca çırpılıb.

Baş verən yol qəzası zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, 1987-ci il təvəllüdlü Ramin Abdulla oğlu Kərimov, 2003-cü il təvəllüldlü Camal Elxan oğlu Hacıyev yaralanıblar.

Yaralılar Zaqatala rayon Mərkəz Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ