VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün Dənizkənarı Milli Parkda 14 yaşlı qız intihara cəhd edib.

BAKU.WS FHN-ə istinadla xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Yeniyetmə sudan çıxarılıb və Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, azyaşlı bədəninin soyuması və boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

BAKU.WS