VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Ruzigar" ləqəbi ilə tanınan reper Aydın Hüseynov polis tərəfindən saxlanılıb.

Bu barədə reperin produseri Orxan BAKU.WS-ə məlumat verib. Produserin sözlərinə görə, reperin saxlanılmasına oxuduğu "Mal-Mal" mahnısı səbəb olub.

Mahnıda narkomaniya təbliğ olunduğu üçün reper Sumqayıt Şəhər Baş Polis İdarəsinə aparılıb. Reperin narkomaniyaya çağırış etdiyi əsas gətirilərək haqqında inzibati qaydada həbs qərarı verilib. 

Qeyd edək ki, bir müddət öncə “Kazbek” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev inzibati qaydada cəzalandırılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

BAKU.WS