SİZİN REKLAM BURADA!
055 213 76 73



Gənc yazıçı, jurnalist Kəramət Böyükçöl ( Nəcəfov) döyülüb.


BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə dostu 1986-cı il təvəllüdlü Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən “Port Röyal “ kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər.

Faktla bağlı polis bölməsində araşdırma aparılır.

BAKU.WS