SİZİN REKLAM BURADA!
055 213 76 73



Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin evini uçurdublar, yerlə-yeksan ediblər.

BAKU.WS 
xəbər verir ki, bu barədə jurnalist İlkin Pirəli sosial şəbəkədə məlumat verib. 

Dağıldılmış evin görüntülərini paylaşan jurnalist sabah gəlin gələcək gəlinin cehizlərinin - qablarının və divanın qırıldığını qeyd edib.

Evin uçurulmasına sənədlərin qaydasında olmadığı əsas gətirilib.

Evi dağıdılan ailə çadır istəyib, onu da verməyib, hazırda çöldə qalıblar.

İ.Pirəli deyir ki, ev Abşeronun icra başçısı İradə Gülməmmədovanın tapşırığı ilə uğurdulub: 

"Ailə 1999-cu ildən həmin evdə yaşayır və sənədlər də qaydasındadır. Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində sənədlər də qaydasındadır. Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir. Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!" - jurnalist əlavə edib.

Zülfiyyə Qurbanova
BAKU.WS