SİZİN REKLAM BURADA!
055 213 76 73




Şəkidə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.


Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Şəki ŞRPŞ əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da şəhər sakini Oqtay Abdurəhimovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “VAZ-2170” markalı avtomobilin sürücüsü, Laçın rayon sakini T.Qasımov saxlanılmışdır.

BAKU.WS