VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağdaşda dəhşətli intihar hadisəsi baş verib.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Ağdaş rayonun Tofiqkənd kəndinin sakini, keçən ilin iyun ayında rayonun Nehrəxəlil kəndinə gəlin köçmüş 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü Türyançaya ataraq intihar edib.

O, ötən gecə saat 3 radələrində yaşadığı evdən çıxaraq kənddəki körpüyə gəlib və özünü çaya atıb. 24 yaşlı S.İslamovanın meyiti batdığı yerdən bir qədər aralıda aşkarlanıb.

Bildirilir ki, 10 ay əvvəl Nehrəxəlil kəndinə gəlin köçmüş Səidə İslamova 7-8 aylıq hamilə olub. O, gecə saatlarında yaşadığı evi tərk edərkən heç kimin xəbəri olmayıb.

Gənc qadının intiharının dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS