SİZİN REKLAM BURADA!
055 213 76 73



Aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş R.Rzayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

T.Quliyev həmin gün xəstəxanada ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

BAKU.WS