VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gömrük keçid məntəqəsində maraqlı anlar yaşanıb.

Bu barədə BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, keçid məntəqəsindən keçən şəxs əlində çanta ilə keçid məntəqəsini keçmək istəyir. Nəzarətçi ona əlindəki çantanı yüklərinlərin müşahidə aparatına qoymalı olduğu halda özü də həmin  stasionar rentgen qurğusundan keçir.

Həmin maraqlı görüntülər müşahidə kamerasına düşüb. Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə bildirilib ki, həmin hadisə Azərbaycan gömrüyündə baş verməyib.

"Hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib: "Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyəti yoxdur", - deyə, məlumatda bildirilib.

Maraqlı məqamları təqdim edirik:

Cavid Babayev
BAKU.WS