SİZİN REKLAM BURADA!
055 213 76 73



Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan oğurluq edən şəxslər saxlanıldı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Belə ki, polisə ötən ilin oktyabr ayından cari il mart ayının 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.

Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS