SİZİN REKLAM BURADA!
055 213 76 73



Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib.

ONA xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb.

FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib.

“Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi ONA-ya verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb.

Hadisə zamanı evdə heç kəs olmayıb. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS